- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Fakel” klubu yarımmüdafiəçilər Nikolay Qiorqobiani, Vyaçeslav Yakimov və Abdula Baqamayev ilə sözləşməni yeniləyib.
Allsport.az xəbər verir ki, Rusiya təmsilçisi hər üç oyunçunun müqaviləsini uzunmüddətli edib.
28 yaşlı Nikolay Qiorqobiani 2024-cü ilin yayından klubdadır və cari mövsümdə 17 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
27 yaşlı Vyaçeslav Yakimov və 21 yaşlı Abdula Baqamayev 2023-cü ildən “Fakel”də çıxış edirlər. Bu mövsüm Yakimov 11 oyunda 1 məhsuldar ötürmə, Baqamayev isə 15 görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.