- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

Yaroslavlın “Şinnik” klubunun akademiyasının məşqçisi İvan Zınin 32 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, “Şinnik”in keçmiş yarımmüdafiəçisi olan Zınin futbolçu karyerasını başa vurduqdan sonra klubun akademiyasında gənc istedadların yetişdirilməsi ilə məşğul olurdu. Klub rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.