- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

İspaniya kral kubokunda 2019/20 mövsümünün final oyunu keçirilib. Allsport.az xəbər verir ki, həlledici oyunda “Atletik”lə “Real Sosyedad” komandaları üz-üzə gəlib.
Qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Real Sosyedad” titula sahib olub. San-Sebastyan təmsilçisi 34 il sonra bu uğura nail olub. “Real Sosyedad” tarixində 3-cü dəfə Kral kubokunu qazanıb.
Ötən mövsümün final qarşılaşması 2020-ci ildə keçirilməli idi. Lakin bu oyun da koronavirus pandemiyasına görə təxirə salınmışdı.