34 ilin prezidenti yenidən kürsüdə

Beynəlxalq atıcılıq Federasiyasının (ISSF) növbəti baş assambleyasında meksikalı Oleqario Vaskes Rana növbəti dəfə təşkilatın prezidenti seçilib. «Allsport.az» xəbər verir ki, tüfənglə güllə atıcılığında dörd dəfə olimpiya və dünya rekordunu təzələmiş Vaskesilk dəfə 1980-ci ildə bu vəzifəyə seçkilərdə qalib gəlmişdi. O vaxtdan bu yana o, 9-cu seçkidən də qalib ayrıldı.
Almaniyanın Münxen şəhərində keçirilən baş assambleyada seçkilər iki namizəd arasında olub. 165 səs toplamış Vaskes Rana 128 səslə kiayətlənmiş küveytli Şeyx Salman əl Sabahı xeyli üstələməklə daha bir parlaq qələbəsini qeyd edib.
Təşkilatın baş katibi vəzifəsinə ilk dəfə almaniyalı Frans Şrayber seçilib.

15922318022_6bea472203_z

Həmin kateqoriyadan