- Baxış sayı: 413
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək.
Allsport.az xəbər verir ki, nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq.
Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.
Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3×3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.
Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.