- Baxış sayı: 289
- 22 Dekabr 2025 22:07
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Bu gün badminton üzrə “Azerbaijan international 2026” beynəlxalq turnirinə start verilib. Allsport.az xəbər verir ki, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində “İnternational Challenge” kateqoriyalı turnirdə qüvvəsini sınayacaq. Azərbaycan texniki universitetinin idman sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edir.
Bu gün “Azerbaijan international 2026” turnirində ilk yarış gününə yekun vurulub. İlk yarış günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.
Turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.