- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Azərbaycan premyer liqasının X turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.
Allsport.az xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb. “Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib.
Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.
“Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.