- Baxış sayı: 41
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, 29-30 iyun tarixlərində 3×3 basketbol üzrə Fransanın Marsel şəhərində keçirilən dünya qadın seriyasının növbəti mərhələsində, ilk oyun gününün oyunları davam edir.
Qadınlardan ibarət 3×3 basketbol millimiz, Fransa, Polşa və Malaziya yığmaları birlikdə “A” qrupunda qərarlaşıb.
Yığmamız qrupun ilk oyununda Fransa millisinə 9:21 hesab ilə məğlub olduqdan sonra, ikinci görüşdə Malaziya seçməsinə 21:17 hesabı ilə qalib gəlməyi bacarıb. Bu qələbədən sonra millimiz 1/4 finala vəsiqəni təmin edib.
Qadın komandamızın qrupda sonuncu oyunu Bakı vaxtı ilə saat 22:50 -də, Polşa kollektivinə qarşı baş tutacaq.