- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və nazirliyin mətbu orqanı olan “İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində “4-cü İslam həmrəyliyi oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş etdirilir.
Sərgidə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizdə yüksək səviyyədə keçirilən Bakı-2017-nin ən maraqlı və yaddaqalan məqamlarının nümayiş etdirilməsi, eləcə də bu mötəbər idman nailiyyətinin geniş təbliği baxımından fotosərginin əhəmiyyətini xüsusi vurğulayıb.
O, Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurla təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.