- Baxış sayı: 430
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Avstriyanın Linz şəhərində 24-cü dünya çempionatı zamanı yeni olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı-2017 ilə bağlı görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AMKF-in prezidenti Yaşar Bəşirov, federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, 4-cü İslam Həmrəyliyi oyunlarının təşkilat komitəsinin nümayəndələrindən Dmitri Çigenev və Vüsalə Vəliyeva, eləcə də WKF-in prezidenti Antonio Espinoz və bu təşkilatın rəsmilərindən Sara Espinoza fikir mübadiləsi aparıblar.
Bakı-2017-də karate yarışlarına hazırlq işləri və turnirin formatı barədə müzakirələr gedib. Antonio Espinoz 1-ci Avropa Oyunlarında karate yarışlarının təşkilindən çox razı qaldığını bildirib və bu hadisənin dünyada önəmli yer tutduğunu deyib. Yaşar Bəşirov bildirib ki, aparılan yüksək səviyyəli işlər sayəsində 4-cü İslam Həmrəyliyi oyunlarında da ölkəmizin qonaqları karate yarışlarından məmnun qalacaqlar.