4 ev sahibi ölkənin nümayəndəsi Lüksemburqda

2026-cı ildə qadın voleybolçuların Avropa çempionatına (CEV EuroVolley) ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib.

Allsport.az xəbər verir ki, Avropa voleybol konfederasiyasının (CEV) Lüksemburqda yerləşən qərargahında təşkil olunan görüşdə yarışa birgə ev sahibliyi edəcək dörd ölkənin (Azərbaycan, Türkiyə, Çexiya, İsveç) və CEV-in nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan voleybol federasiyasının baş katibi Faiq Orucov və idarə heyətinin üzvü Elqar Bağırov təmsil ediblər.

Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Görüşdə əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanların ziyarəti, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlərə toxunulub.

Həmin kateqoriyadan