40-a yaxın voleybolçu yenidən məşqlərə cəlb olub

Azərbaycan voleybol federasiyası yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində daha bir tədbirə start verib. Allsport.az saytı xəbər verir ki, bir neçə gün əvvəl başa çatmış “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə fərqlənən 40-a yaxın voleybolçu yenidən məşqlərə cəlb olunub.

Məşqlərə Şahin Çatma rəhbərlik edir. Ona Bakıdan və Gəncədən olan mütəxəssislər köməklik göstərir. Bu gün start götürən məşqlər 5 gün davam edəcək. Bu müddətdə yeniyetmə və gənc voleybolçulara müxtəlif proqramlar üzrə məşqlər keçiriləcək.

Həmin kateqoriyadan