- Baxış sayı: 131
- 18 Mart 2026 22:22
- Baxış sayı: 131
- Mart 18, 2026
- 0

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/09 mövsümündə qeydə alınıb.
Həmin vaxt “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.