- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. Allsport.az saytı xəbər verir ki, ötən gün səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb.
Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən “Qarabağ” axşam saatlarında vətənə çatıb. Komanda bu gündən etibarən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Lüksemburqun “Düdelanj” klubu ilə oyunun hazırlıqlarına start verəcək.
“Qarabağ” 17 günlük toplanışda 3 yoxlama keçirib. İlk oyunda yerli “Vakker”ə (İnsbruk) 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya “Zenit”inə eyni hesabla qalib gəlib. Son matçda isə Ağdam klubu son Albaniya çempionu “Şkenderbeu”ya minimal fərqlə məğlub olub – 0:1.
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Düdelanj” matçı iyulun 12-də Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.