- Baxış sayı: 13
- 12 Dekabr 2025 17:40
- Baxış sayı: 84
- Dekabr 12, 2025
- 0

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində toplanışının 5-ci gününü arxada qoyublar. Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq günün ilk yarısına təsadüf edib.
İyulun 7-də Ukraynanın “Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər.