- Baxış sayı: 71
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

“Qaraqaplan” karate klubunun yetirmələri Rusiyanın Oryol şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, məşqçi Əli Rəcəbovun rəhbərliyi ilə bütün təmsilçilərimiz mükafat qazanıb.
Mədinə Kazımova (30 kq) bütün rəqiblərinə qalib gəlib. 10-11 yaşlılarda Orxan Musayev (+50 kq) gümüş medalla kifayətlənib.
Nazim Hacıyev (8-9 yaş, 30 kq), Rafael Zeynalov (8-9 yaş, +38 kq) və Fərəc Əliyev (10-11 yaş, 40 kq) 3-cü yer tutublar.