- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Orlando şəhərində WPC versiyası üzrə pauerliftinq üzrə dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz uğurlu çıxış edib.
Rövşən Xəlilov (75 kq) 3 hərəkətin cəmi və ağırlığı yerdən qaldırmada proqramlarında qızıl medallar qazanıb. FHN təmsilçisi bununla da 4-cü dəfə dünya çempionu olub. Mingəçevirli bahadır rəqabətə ilk milli idman brendi “İl’Azero”da (“Bir azərbaycanlı”) çıxıb.
Hafiz Verdiyev (100 kq) klassik növdə qalib olmaqla yanaşı, mütləq çəkidə çempionluğa yiyələnib.
Pərvin Quliyev, Zaur Cəfərov, Famil Məhərrəmov baş mükafata sahib çıxıblar. Vuqar Namazov yarışda ciddi zədə alaraq, mübarizəni yarımçıq dayandırıb.