- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-iİdman mərkəzində III MDB oyunları çərçivəsində taekvondo yarışlarına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə 7 çəkidə (oğlanlarda 54 kq, 63 kq, 74 kq və 87 kq, qızlarda 46 kq, 53 kq və 62 kq) döyüşlər olub:
Azərbaycan təmsilçiləri 5 çəki dərəcəsində finala yüksəliblər: kişilərdə Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq).
Eyni zamanda, 6 taekvondoçu bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq).