- Baxış sayı: 15
- 02 Fevral 2026 19:13
- Baxış sayı: 104
- Fevral 02, 2026
- 0

Azərbaycan premyer liqasının XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu V turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.
Domi premyer liqanın tarixində milliləşənlər də daxil olmaqla legionçuların ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legionçu statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legionçu Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” köynəyini geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.