FOTO
52 yaşlı məşhur tennisçi gənc modellə əylənir

Əfsanəvi tennisçi Boris Beker yeni sevgilisi ilə İspaniyada əylənir. Allsport.az xəbər verir ki, 52 yaşlı keçmiş idmançı son zamanlar Lillian De Karvalyu ilə münasibətdədir.

Tennisçinin keçmiş həyat yoldaşı Lilli bu münasibətə tvitter hesabında sərt reaksiya göstərib:

“Sizə anlayacağını şəkildə müraicət edəcəyəm. Koronavirus pandemiyası zamanı oğluma pitsa, qəhvəaltı hazırlayan ikinci qadınsan. Bu 7 ay ərzində səndən əvvəl biri ilə də münasibətdə idi. Sənə deyirəm, qız olmağı burax. Ana kimi oğluma hörmət et. Şəkil çəkdirin, əl-ələ tutun, Borislə istirahətin dadını çıxarın. Bikinidə mükəmməl bədənini, sinəni, poponu nümayiş etdir, ancaq xahiş edirəm, oğlumdan uzaq gəz!”

Lili və Boris 2 il əvvəl boşanıb. Arvadından ayrıldıqdan sonra almaniyalı tennisçi gənc qızlarla həyatın dadını çıxarmağa başlayıb.

Həmin kateqoriyadan