- Baxış sayı: 19
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün “Bulvar” mehmanxanasında AFFA-nın növbəti hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, qurunum prezidenti Rövnəq Abdullayev toplantını açaraq, konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib. Mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 32 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib. Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Şaiq Həmidov və Fikrət Hüseynovdan ibarət say komissiyası seçilib.
Baş katib Elxan Məmmədov AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında “CBC Sport” televiziya kanalının videoçarx hazırladığını bildirib və videoçarxın nümayişindən sonra baş katib geniş məruzə edib.
AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyevin və Könüllülük proqramının direktoru Vüqar Rüstəmlinin çıxışlarından sonra söz AFFA-nın tərəfdaşlarından olan UNICEF Azerbaijan-ın rəhbər müavini Min Yuana verilib. Xanım Yuan AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə ətraflı danışıb, yeni hazırlanmış sosial xarakterli videoçarx nümayiş etdirilib.
AFFA-nın baş mühasibi Xalid Cavadov 2016-cı ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
Çıxışlar başa çatdıqdan sonra Elxan Məmmədov bildirib ki, Sahə Futbol Federasiyaları İctimai Birliyi Nizamnaməyə uyğun olaraq, AFFA-nın İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır və ötən Konfransda İcraiyyə Komitəsinin üzvü seçilən Mirkamil Rəhimov dünyasını dəyişdiyi üçün Sahə Futbol Federasiyaları İctimai Birliyinin İcraiyyə Komitəsində 1 üzvlə təmsil olunması nəzərə alınaraq, həmin vakant yerə seçki keçiriləcək. İcraiyyə Komitəsi üzvlüyünə 1 nəfərin – Futzal Federasiyasının prezidenti Zaur Axundovun namizədliyi irəli sürüldüyü üçün seçki açıq səsvermə yolu ilə keçirilib və Zaur Axundov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.