- Baxış sayı: 30
- 23 Fevral 2026 23:19
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Bayer Leverkuzen”in müdafiəçisi Edmond Tapsoba yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə PSJ, “Mançester Yunayted” və “Liverpul” yaxından maraqlanır.
“Bayer” burkinofasolu futbolçunu heyətində saxlamağa çalışsa da, 60 milyon avroluq sərfəli təklif qarşısında transferə yaşıl işıq yandıra bilər.
Cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində 29 matçda meydana çıxan Tapsoba, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilə qədər davam edir.