- Baxış sayı: 37
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

İngiltərə çempionşipinin 33-cü turunda keçirilən Şeffild derbisində “Şeffild Yunayted”ə 1:2 hesabı ilə uduzan “Şeffild Uensdey” turniri vaxtından əvvəl tərk edib.
Allsport.az xəbər verir ki, maliyyə problemləri səbəbindən 18 xalı silinən komanda hazırda turnir cədvəlində mənfi 7 xalla sonuncu pillədə qərarlaşıb.
Bu məğlubiyyətdən sonra klubun növbəti mövsümdə çempionşipdə qalmaq imkanları riyazi olaraq tamamilə itib.
Bununla da “Şeffild Uensdey” cari mövsümdə İngiltərə futbol liqasında (EFL) fevralda aşağı diviziona düşməsi rəsmiləşən ilk komanda kimi tarixə düşüb.