- Baxış sayı: 38
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

Kriştianu Ronaldu gələcək planları barədə açıqlama verib.
Allsport.az xəbər verir ki, o, hazırkı klubu “Əl-Nəsr”də qalmaq istədiyini bildirib:
“Mən Səudiyyə Ərəbistanına məxsusam və burada çıxışımı davam etdirmək istəyirəm. Bu ölkə həm məni, həm ailəmi, həm də dostlarımı doğma kimi qəbul edib. Burada xoşbəxtəm və qalmaq istəyirəm”.
Ronaldu bu mövsüm meydana çıxdığı 22 oyunda 20 qol vurub.