- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli köynəyini əbədiləşdirib.
Allsport.az xəbər verir ki, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli köynəyi Banişevskinin xatirəsinə istifadədən götürüləcək.
Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində “Neftçi”nin 9 nömrəli köynəyi şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.