66 taekvondoçu dan imtahanında

Fevralın 21-də Azərbaycan taekvondo federasiyasının təşkilatçılığı ilə dan imtahanı təşkil edilib.

Allsport.az xəbər verir ki, ATF-in məşq zalında keçirilən imtahana 66 nəfər (54-ü I dan, 10-u II dan, 1-i III dan, 1-i IV dan) qatılıb.

İmtahan ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib.

Sınaqda ATF-in baş katibi Aygül Abdullayeva da iştirak edib.

Həmin kateqoriyadan