- Baxış sayı: 37
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

Stavropol diyarının Xerson qəsəbəsində idman meydançasında futbol qapısının aşması nəticəsində 11 yaşlı uşağın ölümü ilə bağlı tikinti şirkətinin rəhbəri və mühəndis məhkəmə qarşısına çıxacaq.
Allsport.az xəbər verir ki, istintaq müəyyən edib ki, 2023-cü ildə bağlanmış bələdiyyə müqaviləsi əsasında quraşdırılan avadanlıqlar standartlara və təhlükəsizlik qaydalarına cavab verməyib. İttihama görə, fərdi sahibkar istehsal qüsurları olan və montaj qaydaları pozulmuş konstruksiyaların quraşdırılmasına yol verib, tikinti nəzarəti mühəndisi isə faktiki yoxlama aparmadan müvafiq aktları imzalayıb. Bu səhlənkar münasibət 2025-ci il mayın 18-də uşağın ölümü ilə nəticələnən faciəyə səbəb olub.
Budyonnovsk şəhər məhkəməsinə göndərilən cinayət işi üzrə təqsirləndirilən şəxsləri altı ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.