- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Napoli” klubunun yarımmüdafiəçisi Skott Maktominey İtaliya təmsilçisindəki gələcəyi ilə bağlı mühüm açıqlamalar verib.
Allsport.az xəbər verir ki, “Corriere dello Sport” nəşrinə müsahibə verən şotlandiyalı futbolçu karyerasını uzun müddət Neapol klubuna bağlamaq istədiyini ifadə edib.
Hazırda tərəflər 2028-ci ildə başa çatacaq müqavilənin müddətinin 2030-cu ilə qədər uzadılması barədə danışıqlar aparır.
Ötən mövsüm “Napoli” ilə “Skudetto”nu qazanan 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə də yüksək performansını davam etdirərək 34 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.