- Baxış sayı: 26
- 14 Aprel 2026 12:16
- Baxış sayı: 40
- Aprel 14, 2026
- 0

18 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.
Allsport.az xəbər verir ki, “B” qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.
U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək. Milli ilk matçında Rusiya seçməsinə 1:7 hesabı ilə uduzub.