7-ci açıq Arpaçay beynəlxalq karate turniri uğurla başa çatıb

Şanlı tariximiz olan 20 Yanvar faciəsinə həsr olunan, ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan 7-ci “Arpachay open-2023” beynəlxalq turniri 20-22 yanvar 2023-ci il tarixlərində Bakı İdman Sarayında baş tutub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Milli karate federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə ənənəvi “Arpachay open-2023” beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında keçirilib.

Açılış mərasimində Bakı gənclər və idman baş idarəsinin rəisi Rafiq Abbasov, Milli Məclisin üzvləri Vüqar İskəndərov Sadiq Qurbanov, Dövlət gömrük komitəsinin idman-sağlamlıq mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan bəhs ediblər. Tədbirdə çıxış edən “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb və “Arpaçay” idman birliyi tərəfindən bundan da möhtəşəm idman yarışlarının keçiriləcəyinə söz verib. Sonda qonaqlara fəxri diplomların təqdim olunması mərasimi keçirilib.

Yarışla bağlı məlumat verən “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov deyib ki, 3 gün davam edən “Arpachay open-2023” turnirində xarici ölkələrdən, o cümlədən Çex Respublikası, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan, habelə Azərbaycanın paytaxtı Bakıdan və regionlardan 700-dən çox idmançı, o cümlədən 6-7, 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15, 16-17 yaşlı yeniyetmələr, 18 yaşdan yuxarı gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 40-dan çox federasiya və idman klubu turnirdə içtirak edib. Ümumi nəticələrə görə, “Arpaçay” karate klubu 1-ci, “Qara qaplan” klubu 2-ci, “Yaguar” idman klubu isə 3-cü olub”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish