Avropa çempionatında 4 final

Azərbaycan yığmasının 4 parakarateçisi Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə həlledici döyüşə çıxacaq.

Daha 3 parakarateçimiz isə bürünc medal uğrunda yarışacaq. Rənad Əliyevin rəhbərlik etdiyi komandanın heyətində Ariana Mitlinova, Fərid Savadov və Hüseyn Məmmədli 3-cu yer uğrunda görüşə çıxacaq.

Komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Həmin kateqoriyadan