Karate Federasiyasının yeni prezidenti

Azərbaycan karate federasiyasının (AKF) “KVU-VFKF Azərbaycan birliyi”nin ümumi yığıncağı keçirilib.

Allsport.az xəbər verir ki, FHN-in idman sağlamlıq klubunda baş tutan hesabat-seçki xarakterli tədbirdə “KVU-VFKF Azərbaycan birliyi”nin idarə heyəti və nəzarət təftiş komissiyasının tərkibinin müəyyən edilməsi ilə bağlı səsvermə baş tutub. Səsvermə ilə Ramin Əsədov ənənəvi karate federasiyası, “KVU-VFKF Azərbaycan birliyi”nin prezidenti seçilib. Birliyin fəxri-prezidenti AKF-nin vitse-prezidenti Füzuli Musayev olub.

Sonra təşkilatın vitse-prezidentləri seçilib. Bu vəzifəni AKF-nin baş katibi Qabil Sayadov, “Təbib” idman klubunun rəhbəri Qələndər Aslanov, Beynəlxalq Kyokuşinkaykan karate federasiyasının təsisçisi Teyyub Əzizov və beynəlxalq kenbukay təşkilatının Azərbaycandakı nümayəndəsi Ruslan Abbasov icra edəcəklər.

Həmin kateqoriyadan