- Baxış sayı: 121
- 26 İyul 2026 10:47
- Baxış sayı: 122
- Avqust 10, 2026
- 0

Xorvatiyanın Zadar şəhərində karate üzrə Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışda ilk medalını rəsmiləşdirib.
Yığmamızın heyətində Hüseyn Məmmədli (67 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Qeyd edək ki, yığmamızın 4 parakarateçi Avropa çempionatının finalına vəsiqə qazanıb. Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə birinciliyində qızıl medallar uğrunda mübarizə aparacaqlar. Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.