Avropa çempionatına yollanacaq karateçilərimiz

Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin 6 karateçisinin adı dəqiqləşib.

Allsport.az xəbər verir ki, yarışa qatılacaq idmançılar şəxsi görüşlər nəticəsində bəlli olub.

AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayevin də izlədiyi sınaq döyüşlərinə əsasən Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq) Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) çempionata getmək hüququ qazanıblar.

Kata seçimlərində Ramilə Heydərova bütün rəqiblərini üstələyib. Kişilərin yarışında isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Qeyd edək ki, digər çəkilərdə yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən sonra aydınlıq gələcək.

Həmin kateqoriyadan