- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında atletika yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Astarada AAAF parkın trassda maraqlı yarış izləmək imkanı əldə ediblər. Döngə və düzlüklərdə mübarizə, ötmələr, şanslardan qələbə üçün maksimum istifadə tamaşaçıların zövqünü oxşayıb. Azərbaycanda regionda ilk kartinq yarışı olan “Zirvə” oyunlarında yeniyetmə sürücülərin performansı alqışlara səbəb olub. Bu ilkin özündən sonra arxada çox təəssürat qoyacağı, gələcək çempionlar üçün təkan rolu oynayacağına şübhə yoxdur.
Yarışın özünə gəlincə, əvvəlcə qaydalara uyğun olaraq sıralama dövrələri keçirildi. Burada ən sürətli olan 4 sürücü finalda yarışmaq imkanı əldə edib. Həlledici mərhələdə medal mübarizəsi də gözlənildiyi kimi gərgin alındı. Son ana qədər həyəcanlı davam edən yarışı Cavad Nemətli qazanıb. O, finişə rəqiblərindən tez çataraq qızıl medala sahib çıxdı. Gümüş medal Kənan Həsənov, bürünc isə Yaqub Əliyevə qismət olub.
Mükafat qazanan idmançılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.