- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 207
- Mart 19, 2026
- 0

Tokio-2020 ilə əlaqəli şəxslər arasında son sutkada koronavirusa 7 yeni yoluxma halı qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, onlardan 2-si olimpiya kəndində yaşayan idmançıdır. Beləliklə ümumi yoluxma sayı 160 nəfərə çatıb.
Yaponiya paytaxtında epidemioloji vəziyyət ağır olduğuna görə Tokio prefekturasında iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi elan edilib. Buna görə də, paytaxtda və daha 5 prefekturada oyunlara tamaşaçılar buraxılmırlar.