- Baxış sayı: 92
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

İtaliyanın Siena şəhərində polo üzrə Avropa çempionatının 3-cü turunda millisimiz slovakiyalı həmkarları ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, komandamız qələbə zolağını davam etdirib. Yığmamız rəqibi 11:7 üstələyib.
Baş məşqçi Namiq Orucov oyundan razı qalıb. Qeyd edək ki, poloçularımız ilk turunda Niderlandı (7:3), sonra Fransa seçmələrinə (8:4) qalib gəlib.
4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə görüşəcək.