- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Arsenal” 8 ildən sonra İngiltərə liqa kubokunun finalına yüksəlib. Allsport.az xəbər verir ki, yarımfinalın cavab matçında “Çelsi”ni 1:0 (ümumi hesab 4:2) hesabı ilə məğlub edən “topçular” vəsiqəni təmin ediblər.
Qələbə qolunu 90+7-ci dəqiqədə Kay Haverts vurub. “Arsenal” sonuncu dəfə bu kuboku 1993-cü ildə qazanıb. Martın 22-də keçiriləcək finalda komandanın rəqibi “Mançester Siti” – “Nyukasl” cütünün qalibi olacaq.