- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 105
- Mart 27, 2026
- 0

İyulun 10-da azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın 9-cu zirvəsini – Nanqa Parbatı (8125 m) fəth edib. Allsport.az saytı xəbər verir ki, idmançı ora əlavə oksigendən istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth həmyerlimizin 7-ci 8000-lik zirvəsidir. Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.