- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

82 yaşlı italiyalı qapıçı Lamberto Boranqa futbola qayıtmaq üçün aktiv məşq edir.
Allsport.az xəbər verir ki, o, 7-ci divizionda çıxış edən “Trevi” klubunda oynamağı planlaşdırır.
60-70-ci illərdə Boranqa “A” və “B” seriyalarında 300-ə yaxın oyun keçirib, “Reggina”, “Fiorentina”, “Reggiana” və “Breşiya” kimi klublarda çıxış edib.
2011-ci ildə Boranqa artıq karyerasını bərpa edib. O, “Papiano” üçün aşağı liqalardan birində 50 matçda iştirak edib.