- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 737
- Mart 30, 2026
- 0

Premyer liqada qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək. Allsport.az xəbər verir ki, bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb.
Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib. 3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə icraiyyə komitəsi verib.
Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.