- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 24-cü turunda “Sabah” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, rəqib futbolçulardan narazılığını ifadə edib:
“Çox utancverici, biabırçı oyun idi. 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq futbolumuza yaraşmır. Rəqib komandanın qapıçısını referilər illərdir tanıyır, amma bir çarə qılmırlar. Hamı diqqətli olmalıdır. Hakim təyin edəndə diqqət olunmalıdır ki, həmin adam təzyiqdən çıxa bilər, ya yox.
Biz rəqibi yerdə uzanmağa məcbur edirik. Hakimlərə irad tuturuq ki, filan futbolçunu ayağa qaldır, o birini tələsdir. Bəli, bizə hava-su kimi xal lazımdır, qələbə qazanmaq üçün oynayırıq, amma yerdə uzanmaqla tempi salırlar. Epizodları çəkib qoymalıyıq ki, bizə qarşı fikir dəyişsin? Bilirəm ki, bir komandaya qarşı mübarizə aparmırıq.
İstəyirik ki, “fair play” baxımından necə oynayırıqsa, bizə qarşı da elə oynanılsın. Mən komandamızın oyunundan yox, ümumi abu-havadan narazıyam. Həyəcanlı dönəmdəyik. Bu gün çempionatın nəbzini qoruyub saxlayan “Neftçi”dir”.