“90+2-ci dəqiqədə penaltidən qol buraxdıq”

Allsport.az saytı xəbər verir ki, qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov, millətlər liqasının qrup mərhələsində Qaradağla səfər oyunundan (1:1) sonra açıqlama verib:

“Matçın çətin keçəcəyi bəlli idi. Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Biz isə qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı. Komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıq.

Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Açığı, birinci hissədə futbolçuların bəzi səhvləri oldu. Xüsusən də, hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik. Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə yollandıq. İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik.

Qol vurduq və başqa imnaknlarımız da oldu. Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə, 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi.

Həmin kateqoriyadan