- Baxış sayı: 30
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 118
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 4-cü turunda “Zirə” ilə oyunun ardından 1-günlük istirahətə buraxılan “Sumqayıt” dünən “Sabah”la hazırlığı start verib. Allsport.az saytı xəbər verir ki, Ayxan Abbasovun komandası saat 16:30-da “Sumqayıt arena”nın ehtiyat meydançasında məşqə çıxıb.
Yüngül zədəsi olan Murad Xaçayev və Rail Məlikov fitness zalında çalışıblar. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər icra edilib. Sonra isə topla çalışmalar və ikitərəfli oyunla günə yekun vurulub. Komandanın növbəti məşqi sabah eyni vaxtda keçiriləcək.
Qeyd edək ki, sentyabrın 21-də “Sumqayıt arena”da görüş saat 17:30-da başlayacaq.