- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

İsrail futbol assosiasiyasının (İFA) intizam komitəsi “Yeremiahu Holon” klubunun gənclər komandasından bir oyunçunu 99 il müddətinə diskvalifikasiya edib.
Allsport.az xəbər verir ki, qadağa dava-dalaşdan irəli gəlir. Adı açıqlanmayan 17 yaşlı oyunçu oyundan sonra soyunma otağının yaxınlığında rəqibinə hücum edib və onu döyməyə başlayıb. Hadisə təhlükəsizlik kameralarına düşüb.
Klub 2500 şekel məbləğində cərimə olunub. Komanda həmçinin üç xallıq cəzadan və bir il müddətinə şərti cəza alıb.