- Baxış sayı: 47
- 07 May 2026 15:00
- Baxış sayı: 267
- May 07, 2026
- 0

Tanınmış ukraynalı boksçu Oleksandr Usik “Polissya” (Jitomir) futbol klubunda rəhbər vəzifəyə təyin edilib.
Allsport.az xəbər verir ki, ağır çəkili dünya çempionu klubun birinci vitse-prezidenti vəzifəsini icra edəcək. O, klubun strateji inkişafı və Ukrayna futbolunda hakimlik islahatları ilə məşğul olacaq.
Usik “Polissya”nın gələcəkdə mütləq çempionlar liqasında oynayacağını vəd edib.
Hazırda Ruslan Rotanın baş məşqçisi olduğu komanda Ukrayna çempionatında 42 xalla 3-cü pillədə qərarlaşıb.