- Baxış sayı: 48
- 19 Dekabr 2025 23:03

- Baxış sayı: 206
- Dekabr 19, 2025
- 0


Frasanın paytaxtında cüdoçuların “Böyük dəbilqə” turniri başlayıb.
Allsport.az saytı xəbər verir ki, millidə ən yüksək nəticəni 60 kq-da Balabəy Ağayev göstərib. Finala qədər inamla irəliləyən 24 yaşlı idmançı, həlledici tutaşmada yerli Sedrik Revolu üstələyib.
Ona qədər Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məyus edib.
Balabəy bu uğur ilə hesabına əlavə 1000 lisenziya xalı qazanıb.