- Baxış sayı: 57
- 09 Oktyabr 2024 10:00
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Çimərlik futbolu üzrə millinin yeni baş məşqçisi Sahib Məmmədov təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, paytaxtda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib:
“Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdur. Hava durumu da burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür.
Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər.
Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt bu yarışda iştirak etməyib.
İkii ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın “B” divizionunda mübarizə aparacağıq. Orada çempionu kimi “A” divizionuna qayıtmaq istəyirik”.