- Baxış sayı: 109
- 29 İyul 2026 21:00
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, “B” liqasının “A” qrupunda yer alan milli Belçika yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Milli qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.