- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AAAF park yaşayış kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının ötən il üçün ümumi hesabat iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda qurumun rəhbər şəxsləri, həmçinin məşqçilər, hakimlər və mütəxəssislər iştirak ediblər.
Baş katibi Rizvan Rəsulov ötən ildəki fəaliyyəti ilə bağlı geniş hesabatla çıxış edib. O, 2008 və 2012-ci il olimpiya oyunlarında çıxış edən ağırlıqqaldırandan götürülən nümunələrin yenidən analizi nəticəsində çıxan dopinq qərarına görə aldığı bir illik cəza və bu cəza nəticəsində yaranan problemlərin həlli, durumdan çıxış istiqamətləri barədə həyata keçirilən işlər haqqında danışıb.
Həmçinin, ilboyu təşkil olunan daxili yarışlar, təlim-məşq toplanışları, mütəmadi keçirilən anti-dopinq seminarları və çoxsaylı yoxlamalar, paytaxt və regionlarda idman qurğularının inşası və bərpası, zallara ağır atletika avadanlıqlarının paylanılması, çəkilən xərclər, il ərzində beynəlxalq yarışlarda əldə olunan nəticələr barədə məlumat verib.
Hesabat dinlənildikdən sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Sonda hesabat səsə qoyulub və yekdilliklə qəbul olunub.